...

Moskva ən qısa zamanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını qəbul etməyə hazırdır

Siyasət Materials 22 İyun 2022 14:00 (UTC +04:00)
Moskva ən qısa zamanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını qəbul etməyə hazırdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Moskva ən qısa zamanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını qəbul etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Azərbaycan və Ermənistanın bəzi sərhəd rayonlarında periodik olaraq yaranan insidentlər, problemlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tammiqyaslı və müntəzəm işinin zəruriliyini və aktuallığını təsdiq edir. Biz ən qısa zamanda Moskvada komissiyanın ikinci iclasını qəbul etməyə hazırıq. Bu, mayın 24-də tərəflər arasında razılaşdırılıb. Təbii ki, 2021-ci il noyabrın 26-da Soçidə liderlərin bəyanatında qeydə alındığı kimi sərhəddə təhlükəsizlik və sabitlik səviyyəsinin artırılması üzrə addımlar atmaq vacibdir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti