Bakı. Trend:
15 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə çıxış edən cənab Prezident bir çox mühüm məsələlərə toxunmuşdur. Qeyd olunmuşdur ki, cari ilin altı ayın yekunları göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Öləmizdə həyata keçirilən iqtisadi islahatlar artıq öz nəticəsini verir. Altı ay ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyatd manat vəsait toplanıb. Bu sahədə şəffaflığa, dürüstlüyə və hesabatlılığa nail olunduğu qeyd olunmuşdur. Altı ay ərzində iqtisadiyyat sahəsində yüksək arım göstəricilərinə nail olunmuşdur. Ümulikdə iqtisadiyyatımız 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz, artıb. Əhalinin gəlirləri 20 faiz artıb. İnfilyasiya 12 faizdən bir qədər çoxdur.
Azərbaycanın enerji imkanlarının bir çox ölkələr üçün əhəmiyyətini qeyd edən cənab Prezident bildirmişdir ki, uzun illər aparılan hazırlıq işləri nəticəsində xarici investorların hesabına Azərbaycanda bərpaolunan enerji növləri inkişaf edir. Xarici investorlar öz vəsaitləri hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tilintisi ilə məşğuldur. Bunlardan artıq ikisi inşa edilir, Cəbrayıl rayonunda birinin də inşaasına hazırlıq işləri gedir. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da , bu ilin sonuna kimi başa çatacaq.
Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, cari ilin altı ayı ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayəb. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Cənab Prezidentin müşavirədə Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı söylədiyi fikirlər qarşı tərəfə önəmli mesajlardır. Ermənistan tərəfi başa düşməlidir ki, revanşist açıqlamaların, bəyanatlarn, sülh prosesindən yayınmağa cəhd göstərilməsinin onlara heç bir faydası yoxdur. Bununla cənab Prezident tərəfindən Ermənistana növbəti xəbərdarlıq etdi.
Prezident İlham Əliyev çıxışı zamanı altı ay ərzində ölkədə hərbi sahədə islahatların aparıldığını, hərbçlərin sosial müdafiəsi məsələlərinin yüsək səviyyədə təmin edildiyini, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində olduşunu, müharibədən sonra şəhid ailələrinə və müharibə əliləriniə göstərilən dövlət qayğısından danışmışdır.
Ümumilikdə cənab Prezidentin 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər,sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.
Rauf Əliyev
Milli Məclisin deputatı