...

Azərbaycan XİN rəhbəri Gürcüstan tərəfinə başsağlığı verib

Siyasət Materials 29 İyul 2022 22:16 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri Gürcüstan tərəfinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov helikopter qəzası nəticəsində 8 nəfərin ölməsi ilə əlaqədar Gürcüstana başsağlığı verib.

Trend xəbər verir ki, XİN rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Gürcüstanın Qudauri kurort zonasında sərhəd polisi helikopterinin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Biz həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk. Azərbaycan bu çətin vaxtda Gürcüstanın yanındadır", - deyə C.Bayramov yazıb.

Xatırladaq ki, bu gün Gürcüstanın Qudauri kurort zonasında sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Hadisə ilə əlaqədar Gürcüstanda iyulun 30-u matəm elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti