Şuşa. Trend:
Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər.
Trend xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik.
“Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi 30 il ərzində münaqişəyə töhfə verməyib. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər", - deyə H.Hacıyev əlavə edib.