...

BMT humanitar minatəmizləmə istiqamətində görülən işlərə töhfə vermək niyyətindədir

Siyasət Materials 29 Avqust 2022 21:00 (UTC +04:00)
BMT humanitar minatəmizləmə istiqamətində görülən işlərə töhfə vermək niyyətindədir

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov ölkəmizə səfər edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Katibliyinin Siyasi və Sülhquruculuğu Məsələləri İdarəsi və Sülh Əməliyyatları İdarəsində BMT Baş katibinin köməkçisi Miroslav Yençanın başçılıq etdiyi nümayəndə heyəti, eləcə də BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

ANAMA-dan Trend-ə bildiriblər ki, əvvəlcə Agentliyin yaradılma tarixi, məqsəd və vəzifələri, prioritet layihələr üzrə Qarabağ bölgəsində icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə təqdimat keçirilib. ANAMA tərəfindən beynəlxalq minatəmizləmə standartlarına əsasən keçirilən təlimlər haqqında məlumat verilib. Həmçinin Vətən müharibəsindən sonra baş verən mina hadisələrinə dair statistik rəqəmlər nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Mövcud mina problemi və həyata keçirilən minatəmizləmə əməliyyatları ilə tanışlıq məqsədi daşıyan görüşdə Miroslav Yença ANAMA ilə BMT arasında sıx əməkdaşlığın daha da inkişaf etdirilməsi və humanitar minatəmizləmə istiqamətində görülən işlərə BMT tərəfinin töhfə vermək niyyətində olduğunu qeyd edib. Birgə göstərilən səylər nəticəsində mina hadisələrinin qarşısının alınacağına ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti