...

15 Sentyabr Bakının erməni işğalından azad edildiyi gündür - Yalçın Topçu (FOTO/VİDEO)

Siyasət Materials 14 Sentyabr 2022 12:19 (UTC +04:00)
15 Sentyabr Bakının erməni işğalından azad edildiyi gündür - Yalçın Topçu (FOTO/VİDEO)

Bakı. Trend:

15 sentyabr 1918-ci il Bakı şəhərinin erməni-bolşevik və ingilis işğalından xilas edildiyi böyük gündür.

Bunu Trend-ə açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

"104 il əvvəl Anadolu torpaqlarında qardaş Azərbaycanın yardımına gələn və Türkiyədən sonra ən çox türk şəhidlərinə sahiblik edən Azərbaycan torpaqlarında şəhid olmuş komandan Nuru Paşanı, Qafqaz İslam Ordusunun qurulması əmrini verən Hərb naziri Ənvər Paşanı böyük hörmətlə anırıq", - deyə Y.Topçu bildirib.

O əlavə edib ki, Türkiyə dövləti və milləti hər zaman və hər şəraitdə qardaş ölkə Azərbaycanın və sülhün yanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti