...

Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Siyasət Materials 28 Sentyabr 2022 07:48 (UTC +04:00)
Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan yazıb.

"Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qonaq etdim. Biz şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik", - deyə Ceyk Sallivan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti