...

Sofiyada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO)

Siyasət Materials 30 Sentyabr 2022 12:28 (UTC +04:00)
Sofiyada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, Azərbaycanın və Bolqarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rumen Radev qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamladı.

Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Rumen Radevə təqdim olundu.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti