...

Ermənistanın müharibə cinayətlərinin təfərrüatları Avropa Məhkəməsinə təqdim edilib - Çingiz Əsgərov

Siyasət Materials 10 Oktyabr 2022 11:15 (UTC +04:00)
Ermənistanın müharibə cinayətlərinin təfərrüatları Avropa Məhkəməsinə təqdim edilib - Çingiz Əsgərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təşkil edilən “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda çıxışı zaman deyib.

Ç.Əsgərov deyib ki, Azərbaycan öz haqlı mövqeyini müdafiə edir. “Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə müdafiə edir. Biz artıq 2003-cü ildən bu işlə məşğul oluruq. Avropa Məhkəməsində Çıraqov və digərlərinin Ermənistana qarşı şikayəti daxil olduqdan sonra Azərbaycan dövləti bu işlə daha yaxından məşğul olmağa başlayıb. 2015-ci ildə Avropa Məhkəməsinin Çıraqov və digərlərinin Ermənistana qarşı iş üzrə qərarında artıq müharibə cinayətlərini əks etdirən Haaqa Konvensiyasına və nizamnaməsinə istinad olunub və həmin mətndə tarixdə ilk dəfə olaraq beynəlxalq məhkəmənin qərarında Ermənistan dövləti tərəfindən Azərbaycan Respublikasının ərazisinin bir qismini işğal altında saxlaması faktı əks etdirilib.

Məlum olduğu kimi, 2020-ci ilin oktyabr ayında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib. 2021-ci ilin yanvar ayında Azərbaycan böyük bir dövlətlərarası şikayəti təqdim edib. Həmin şikayətdə əlbəttə ki, Ermənistanın törətdiyi müharibə cinayətlərini təşkil edən əməllər təfərrüatlı olaraq əks etdirilib. Əminəm ki, Avropa Məhkəməsi ədalətli qərar qəbul edəcək və Azərbaycan əhalisinin pozulmuş hüquqlarının bərpası məqsədilə Ermənistan üzərinə təzminat öhdəliyi müəyyən ediləcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti