Bakı. Trend:
İsveçrənin paytaxtı Bern şəhərində tarixdə ilk dəfə Azərbaycanla İsveçrə arasında konsulluq məsləhətləşmələri keçirilib.
Trend bu gün xəbər verir ki, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov öz "Twitter" səhifəsində yazıb.
Qeyd olunub ki, görüş zamanı səfirlə yanaşı İsveçrə dövlət katibinin müavini Yohanes Matyassi çıxış edib.
"Nümayəndə heyətləri qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı konstruktiv müzakirələr aparıb", - səfir yazıb.