Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin növbəti mərhələsi icra edilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, real döyüş şəraitinə uyğunlaşdırılmış
təlimin növbəti mərhələsində xüsusi təyinatlılar ərazinin qorunma
xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə
müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetiriblər.
Ssenariyə əsasən şərti düşmənin komanda-idarəetmə məntəqələri,
rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də yaşayış
məntəqələrindəki infrastruktur obyektlərində gizlənən canlı qüvvə
zərərsizləşdirilib.
Təlimdə həmçinin döyüş meydanında qrupun qarşılaşa biləcəyi
maneələr mobil qruplar şəklində dəf edilərək şərti hədəflərə qəfil
atəş basqını icra edilib.
Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimində qarşıya
qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.