Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 12-13-də Kambocada keçiriləcək 17-ci Şərqi Asiya Sammitində iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Forumun gündəliyinə turizm, könüllülük və pandemiya təhlükələrinə cavabdehlik sahələrində regional əməkdaşlığın qurulmasına yönəlmiş bir sıra Rusiya təklifləri daxildir.