Bakı. Trend:
ABŞ Ukraynaya 4,5 milyard dollarlıq yeni maliyyə paketi təqdim edib.
Trend xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
"Bu gün Birləşmiş Ştatlar əlavə 4,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi qrantlarını səfərbər edib. Bu vəsaitlər yaxın həftələrdə verilməyə başlayacaq", - deyə C.Yellen bildirib.