...

Ağdamda aşkarlanan kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı törətdiyi kütləvi qətllərin daha bir sübutudur

Siyasət Materials 23 Noyabr 2022 16:32 (UTC +04:00)
Ağdamda aşkarlanan kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı törətdiyi kütləvi qətllərin daha bir sübutudur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan işlər ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi yeni cinayətləri üzə çıxarır. Bu günlərdə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan növbəti kütləvi məzarlıq aşkar olunub. Aşkarlanan bu kütləvi məzarlıq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətllərin daha bir sübutudur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, ermənilər və onların havadarları iki əsirə yaxın dövr ərzində Azərbaycan xalqına qarşı soyqırım və düşmənçilik siyasəti aparıblar.

“Xalqımıza qarşı çoxlu sayda amansız qətllər, insanlığa sığmayan soyqırımlar törədilib. Bu qətillər və soyqırımlar nəticəsində on minlərlə soydaşımız, o cümlədən uşaqlar, qadınlar, qocalar vəhşicəsinə qətlə yetiriliblər. Ermənilər illər boyu Azərbaycan xalqına qarşı törətdiyi qətilləri gizlətməyə çalışıblar, öz cinayətlərini torpaqla ört-basdır etməyə çalışıblar. Lakin işaldan azad edilən ərazilərimizdə aşkarlanın kütləvi məzarlıqlar ermənilərin vəhşi cinayətlərinin üstünü açır, onların cinayətkar simalarını bir daha ortaya qoyur. Bundan əvvəl də Təxminən 450 nəfərə yaxını şəxsiyyəti bəlli olmayan insan qalıqları aşkarlanıb. Şuşada 2 yerdə, Kəlbəcərdə, Zəngilanda, Xocavənd rayonunda Edillidə 2 yerdə və Xocavəndin Daşbaşı kəndində, Xocalı rayonunun Fərrux kəndində belə məzarlıqlar aşkar olunub. Növbəti məzarlıq isə Ağdamda aşkar edildi. Əlbəttə ki, bu son deyil, ermənilərin daha çox cinayətləri üzə çıxacaq.

Məlumdur ki, birinci Qarabağ müharibəsində bizim 4000-ə yaxın itkin düşmüş vətəndaşımız var. Ermənistan tərəfi indiyə qədər həmin insanların taleyi barəsində məlumat verməkdən imtina edir.

Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərib.

Görünür, ermənilər həmin insanları vəhşicəsinə qətlə yetirərək bu cür kütləvi məzarlıqlarda basdırıb və öz cinayətlərini bu yolla ört-basdır etməyə çalışıb. Lakin göründüyü kimi erməni cinayətləri üzə çıxır və onların nə qədər qəddarlıq nümayiş etdirdiyini göstərir”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bugünə qədər erməni cinayətlərinə susqunluq nümayiş etdirib.

“Təəssüf ki, beynəlxalq qurumların bu cür yanaşması, laqeyd münasibəti və hətta bir sıra hallarda Ermənistana havadarlıq etməsi, Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlar verməsi erməniləri növbəti cinayətlər törətməyə həvəsləndirir. Artıq beynəlxalq təşkilatlar bu ədalətsizliyə, ikili standartlara son qoyaraq erməni vəhşiliyinə qiymət verməlidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti