...

NATO-nun nümayəndə heyəti HDQ-də olub (FOTO)

Siyasət Materials 24 Noyabr 2022 16:41 (UTC +04:00)
NATO-nun nümayəndə heyəti HDQ-də olub (FOTO)

Bakı. Trend:

NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələrinin “NATO günləri” çərçivəsində ölkəmizdə səfəri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub.

Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.

Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti