Bakı. Trend:
Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində sürətlə inkişaf edir.
Trend-in məlumatına görə, bunu bu gün Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor jurnalistlərə deyib.
O qeyd edib ki, Azərbaycan təkcə Avropaya enerji daşıyıcıları tədarükçüsü deyil, həm də enerji tranziti ölkəsidir.
"Mən Türkmənistandan Xəzər dənizi ilə Cənub Qaz Dəhlizinə təbii qazın həcminin artacağını gözləyirəm", - deyə o bildirib.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi barədə danışan V.Sokor qeyd edib ki, Azərbaycan münaqişənin hərbi-siyasi həlli prosesində öz ərazi bütövlüyünü bərpa edib. V.Sokor Azərbaycanın Qarabağın "xüsusi statusu" fikrini rədd etməsi faktını xüsusi vurğulayıb.