...

Azərbaycan əleyhinə qətnamə Fransaya inamı sarsıdır - Natali Qule

Siyasət Materials 1 Dekabr 2022 02:35 (UTC +04:00)
Azərbaycan əleyhinə qətnamə Fransaya inamı sarsıdır - Natali Qule
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Milli Assambleyasının qəbul etdiyi Azərbaycan əleyhinə qətnaməsi Parisə etimadı sarsıdır.

Bunu Trend-ə açıqlamasında fransalı senator Natali Qule bildirib.

O, Senatın 296 üzvü arasında bu qətnamənin əleyhinə səs verən yeganə şəxs idi.

"Onlar yalnız bir tərəfə qulaq asırlar. Fransa erməni lobbisinin təsiri altındadır", - senator bildirib.

Qule qeyd edib ki, bu qətnamə Qarabağın Azərbaycan ərazisi olması faktını dəyişməyəcək.

"Bu qətnamə yalnız ölkəmin etimadını sarsıdacaq. Mən hamı ilə təkbaşına mübarizə apara bilmərəm" deyə o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti