Bakı. Trend:
Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq bundan sonra da genişlənəcək.
Trend-in məlumatına görə, bunu cümə günü Avropa Şurası sədrinin müavini Born Berq ADA Universitetində Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş tədbirin iştirakçılarına videomüraciətində deyib.
"Avropa hazırda bir sıra ciddi problemlərlə üz-üzədir. Azərbaycanla Avropa Şurası arasında birgə əməkdaşlıq getdikcə daha vacib məna kəsb edəcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, sözügedən tədbir Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq haqqında məlumatlılığın artırılmasına yönəlmiş daha geniş təşəbbüsün tərkib hissəsidir.