Bakı. Trend:
Ermənistan ağır hərbi texnikanın böyük partiyasını Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindəki müvəqqəti məsuliyyət zonasından çıxarıb.
Trend xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
“Paşinyan ağır hərbi texnikanın böyük partiyasını Qarabağdan çıxarmağı tapşırıb”, - deyə nəşrdə qeyd edilib.