...

Beynəlxalq təşkilatlar Vardanyana qarşı sanksiyalar məsələsini qaldırmalıdır - Amerikalı ekspert

Siyasət Materials 16 Dekabr 2022 08:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq təşkilatlar erməni əsilli rusiyalı milyarder Ruben Vardanyana qarşı sanksiyalar məsələsini qaldırmalıdır.

Bu barədə Trend-ə Amerikalı İrina Tsukerman deyib.

Özünü “Qarabağın dövlət naziri” adlandıran Ruben Vardanyan Rusiya ilə əlaqələrini kəsməyib. O, Rusiya vətəndaşlığından imtina edib, lakin Rusiyadakı biznesini və aktivlərini saxladı. O, 2022-ci ildə Qarabağda Qərbin sanksiyalarından qaçaraq buradan qeyri-qanuni qızıl hasilatı və ixracı ilə məşğul olmağa başlayıb.

"Aydındır ki, Vardanyan separatçılara qoşulmaqla qeyri-qanuni biznesini həmişəki kimi davam etdirmək üçün ancaq yeni yol tapıb. ABŞ Dövlət Departamentində və Maliyyə Nazirliyində, eləcə də beynəlxalq təşkilatlarda ona qarşı sanksiyalar məsələsini qaldırmaq lazımdır", - deyə o bildirib.

Amerikalı analitik vurğulayıb ki, Azərbaycan qızılının qeyri-qanuni hasilatı ölkənin milli suverenliyinin pozulması və Vardanyan və onun korrupsioner əlaltılarının haqsız olaraq varlanmasıdır.

Onun sözlərinə görə, Azərbaycanın qeyri-qanuni çıxarılan təbii sərvətlərinin satışından əldə olunan pulların hara getdiyini sual doğurur:

"Məhz bu rakurs hazırda beynəlxalq ictimaiyyət, xüsusən də Vaşinqton və Brüssel üçün ən çox maraq doğura bilərdi".

Xəbər lenti

Xəbər lenti