...

Azərbaycan diasporu Qırğızıstanın inkişafına layiqli töhfə verir - Kanıbek Osmonaliyev

Siyasət Materials 20 Dekabr 2022 17:33 (UTC +04:00)
Azərbaycan diasporu Qırğızıstanın inkişafına layiqli töhfə verir - Kanıbek Osmonaliyev
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan diasporu Qırğızıstanın inkişafına layiqli töhfə verir.

Trend xəbər verir ki, bunu Qırğızıstan Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor strukturları rəhbərlərinin iştirakı ilə keçirilən beynəlxalq forumda deyib.

Osmonaliyev bildirib ki, Azərbaycan diasporu Qırğızıstanda ikinci vətənini tapıb.

"Bu gün Qırğızıstanın Çuy, Oş vilayətlərində, eləcə də paytaxt Bişkekdə 20 mindən çox azərbaycanlı yaşayır və Qırğızıstanın iqtisadiyyatının, mədəniyyətinin inkişafına mühüm töhfə verir", - deyə o bildirib.

Osmonaliyev qeyd edib ki, Qırğızıstan Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiya ilə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum elm sahəsində ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək.

O, həmçinin qeyd edib ki, bu memorandum çərçivəsində Bişkekdə “Azərbaycan” etno-mədəniyyət evinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti