...

Prezident İlham Əliyev Liviya Prezident Şurasının Sədrinə məktub göndərib

Siyasət Materials 24 Dekabr 2022 11:08 (UTC +04:00)
Prezident İlham Əliyev Liviya Prezident Şurasının Sədrinə məktub göndərib

Bakı. Trend:

Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri,

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti