Bakı. Trend:
Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” beynəlxalq konvensiya çərçivəsində Azərbaycanın Ermənistana qarşı işi üzrə açıq dinləmələr keçiriləcək.
Trend xəbər verir ki, bu barədə cümə günü Beynəlxalq Ədalət Məhkəməsinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.
Məlumata əsasən, dinləmələr yanvarın 31-də Haaqada Sülh Sarayında keçiriləcək.