...

Prezident İlham Əliyev: Azərbaycan önəmli tranzit ölkəyə çevrilib

Siyasət Materials 17 Yanvar 2023 20:39 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan önəmli tranzit ölkəyə çevrilib

Bakı. Trend:

Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 17-də Davosda Niderlandın "Damen Shipyards Group" şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşdə bildirib.

Bu sahədə də "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensialın mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini vurğulayaraq, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti