...

Tehranla İrəvan yeni dastan yazır: "Dığa və ağanın eşq macərası"

Siyasət Materials 19 Yanvar 2023 00:03 (UTC +04:00)
Tehranla İrəvan yeni dastan yazır: "Dığa və ağanın eşq macərası"

Bakı. Trend:

Mollalar dinc durmur. Ara biraz sakitləşmişdi ki, ərköyün qonşumuzdan daha bir "fətva" gəldi. Qardaşlıq "fətva"sı...

"Din qardaşı" ilə qardaşlaşmır. Əksinə "din qardaşının" düşməni ilə qardaşlaşır. Əslində dığa və ağa çoxdan qardaşdır. İndi daha da qardaşlaşmaq fikrinə düşüblər. Görünür, ölkələrinin hər qarışını qardaşlaşdıracaqlar.

Birinci paytaxtlarından başlayıblar. Yəqin sonra rayonlarını, prospektlərini, küçələrini, məhlələrini və sonda evlərini qardaşlaşdırarlar. Beləcə, illər boyu qardaşlıq şoularını davam etdirərlər.

Belə ucuz şoular nəyə lazımdır?

Qafanda suvaqlı binada tələsik konsulluq açdız, nə dəyişdi? "Qırmızı xəttinizi" elan etdiz, nə oldu? Sərhəddə təlim keçirdiz, nə oldu? Paşinyanı "bismillahla" qarşıladız, nə oldu? Pulsuz silah verdiz, nə oldu? Qardaşlaşıb neynəyəcəksiz, axı?

Guya Azərbaycana "göz dağı" verirsiz? Amma büruzə verməsələr də, Azərbaycan artıq onların ürəyinə dağ çəkib.

Qardaşlaşmaq eşqləri də bundandır. Savab iş görürük. İki aşiqi qovuşdururuq. Axı, onların eşqi günü gündən alovlanır. Uzaq qala bilməzlər. Ona görə də eşqdən doğan yeni "fətva"lar ola bilər.

Bu "eşq dastanı"na ad da qoyaq. Adı olsun, "Dığa və ağanın eşq macərası". "Fətva"ları gözləyək...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti