...

Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşı təltif edildi - SƏRƏNCAM

Siyasət Materials 26 Yanvar 2023 13:54 (UTC +04:00)
Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşı  təltif edildi - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Milli aviasiya kadrlarının hazırlanması sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Dadaşov Fuad Həsən oğlu

Mahmudlu Firdovsi Ələddin oğlu.

Milli aviasiya kadrlarının yetişdirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar müəllim”

Abdullayev Pərviz Şahmurad oğlu

Məcidova Valentina Qurban qızı

“Əməkdar mühəndis”

Musayev Aydın Ərəstun oğlu

Nəbiyev Rasim Nəsib oğlu

Nizamov Telman İnayət oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti