...

Azərbaycanın İsveçrədəki səfiri Tehranda səfirlikdə və Qüdsdə sinaqoqda baş verən terror aktlarından danışdı

Siyasət Materials 28 Yanvar 2023 09:48 (UTC +04:00)
Azərbaycanın İsveçrədəki səfiri Tehranda səfirlikdə və Qüdsdə sinaqoqda baş verən terror aktlarından danışdı

Bakı. Trend:

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Tvitter səhifəsində Azərbaycanın Tehrandakı səfirliyinə olunan hücumla bağlı paylaşım edib.

Trend bu barədə səfirin Tvitter səhifəsinə istinadən məlumat verir.

"Mən dünən Berndə Holokost Qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş mərasimdə iştirak etdim. Bu gün (27 yanvar) Azərbaycanın Tehrandakı səfirliyində və Qüdsdə Neve Yaakov rayonundakı sinaqoqda terror aktları baş verdi. Qınaq və başsağlığı yeganə cavab olmamalıdır", - o yazıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti