...

Azərbaycan səfirliyinə hücumla əlqədar İran dövləti məsuliyyət daşıyır - Hacı Şahin

Siyasət Materials 30 Yanvar 2023 13:36 (UTC +04:00)
Azərbaycan səfirliyinə hücumla əlqədar İran dövləti məsuliyyət daşıyır - Hacı Şahin
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun dəfn mərasiminin bu cür izdihamla keçirilməsi xalqımızın və dövlətimizin şəhidinə verdiyi dəyərin növbəti təzahürüdür.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli dəfn mərasimi zamanı deyib.

O qeyd edib ki, bu hadisə Azərbaycan xalqının hiddətinə səbəb olub.

“Bu hadisəyə görə şübhəsiz ki, İran dövləti məsuliyyət daşıyır, çünki beynəlxalq konvensiyaya əsasən, ərazisində səfirliklərin, diplomatik nümayəndəliklərin qorunması məsuliyyəti İranın üzərinə düşür. Azərbaycan xalqı cinayətkarın layiqli cəzasına çatmasını və bu hadisənin hərtərəfli və obyektiv araşdırılaraq məlumat verilməsini tələb edir”, - deyə Ş.Hacılı əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Orxan Əsgərovun nəşi dünən axşam saatlarında Bakıya gətirilib və bu gün II Şəhidlər Xiyabanında dəfn edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti