...

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır

Siyasət Materials 1 Fevral 2023 13:42 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf edir. Qardaş ölkənin təhsil nazirinin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün Azərbaycana səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirib.

Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti