...

Qarabağda aparılan bərpa işlərinin keyfiyyəti və tempi gözləntiləri üstələyib - İtaliyalı səyyah (VİDEO)

Siyasət Materials 4 Fevral 2023 18:01 (UTC +04:00)
Qarabağda aparılan bərpa işlərinin keyfiyyəti və tempi gözləntiləri üstələyib - İtaliyalı səyyah (VİDEO)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Qarabağda aparılan bərpa işlərinin keyfiyyəti və tempi gözləntilərimi üstələyib.

Bu barədə Trend-in müxbirinə İtaliyadan gələn səyahətçi deyib.

"2016-cı ildə Azərbaycanda olmuşam, lakin Qarabağa səfər etmək imkanım olduğu üçün bu səfər xüsusi oldu", - deyə səyahətçi bildirib.

O qeyd edib ki, son iki ildə Azərbaycan əraziləri erməni işğalından azad edildikdən sonra burada operativ şəkildə bərpa və yenidənqurma işləri aparılır:

"Bu ilki səfərimdən əvvəl Qarabağla bağlı çoxlu məlumatlar oxudum. Düzünü desəm, yollarınızı necə tez bərpa edə bildiyinizi görüb heyrətləndim. Tamamilə fərqli bir mənzərə görəcəyimi gözləyirdim".

O, Azərbaycana son səfərindən sonra paytaxt Bakıda mühüm dəyişikliklər gördüyünü də vurğulayıb.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində beynəlxalq səyahətçilər bu gün Xocavənddə Azıx mağarasında olub, Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu mərkəzi meydanda şəkillər çəkdiriblər.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti