...

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Siyasət Materials 6 Fevral 2023 22:16 (UTC +04:00)
Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.

Trend-in məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti, texnika və itləri daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Sabah səhər saatlarında səhiyyə işçilərini daşıyacaq 4-cü təyyarənin havaya qalxması planlaşdırılır.Dəstəyiniz və həmrəyliyiniz üçün təşəkkür edirik”, - deyə qeyd edilib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti