Bakı. Trend:
Zəlzələnin ilk günündən göstərdiyi həmrəylik və dəstəyi ilə bizi tək qoymayan Azərbaycanın xarici işlər naziri dəyərli qardaşım Ceyhun Bayramova təşəkkür etdik.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter“ hesabında paylaşıb.
“Azərbaycanlı qardaşlarımızla bir millət, iki dövlətik. Kədərimiz və sevincimiz birdir”, – Mövlud Çavuşoğlu bildirib.