...

Rusiya XİN Misirin Bakı və İrəvan arasında vasitəçilik təklifinə münasibət bildirdi

Siyasət Materials 23 Fevral 2023 11:39 (UTC +04:00)
Rusiya XİN Misirin Bakı və İrəvan arasında vasitəçilik təklifinə münasibət bildirdi

Bakı. Trend:

Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyən istənilən təşəbbüsü müsbət qarşılayır, mühüm olan vasitəçilik səylərində təkrarçılıqdan və rəqabətdən qaçınmaqdır.

Trend-in məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS informasiya agentliyinə müsahibəsində deyib.

"Biz Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyən istənilən təşəbbüsü müsbət qarşılayırıq. Daha öncə də dediyim kimi, Bakı-İrəvan barışığının əsasında Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli razılaşmalar kompleksi dayanır. Mən nəqliyyat və iqtisadi əlaqələrin bərpası, sərhədlərin demilitasiyası üzrə, ictimai xadimlər və ekspertlərin əlaqələri vasitəsilə etimadın möhkəmlənməsi, sülh sazişinin hazırlanması istiqamətində tədbirləri nəzərdə tuturam. Mühüm olan görülən vasitəçilik səylərində təkrarçılıqdan və rəqabətdən qaçınmaq, onların uzlaşmasına nail olmaqdır", - Misir tərəfindən Bakı və İrəvan arasında vasitəçilik təklifinə Rusiyanın münasibəti ilə bağlı sualı cavablandıran nazir müavini deyib.

"Biz Misir kimi böyük və nüfuzlu ölkənin Bakı və İrəvan arasında sülh prosesinə yardım göstərmək təşəbbüsünə məhz bu nöqteyi-nəzərdən yanaşırıq", - M.Qaluzin əlavə edib.

Bundan əvvəl Misir prezidenti Əbdül-Fəttah Əs-Sisi Misirin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti