Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib (FOTO)

Siyasət Xəbər 7 Aprel 2023 09:07 (UTC +04:00)
Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edilib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVİD-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti