...

İranın səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır - Musa Quliyev

Siyasət Materials 7 Aprel 2023 12:18 (UTC +04:00)
İranın səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır - Musa Quliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünən İranın 4 nəfər diplomatı casusluq fəaliyyətinə görə arzuolunmaz şəxs elan edilib. Mən hesab edirəm ki, qalan əməkdaşları da ölkəni tərk etməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

M.Quliyev vurğulayıb ki, İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına eriraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır.

O qeyd edib ki, son vaxtlar İrandakı fars rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir.

“Deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktı, bundan bir az əvvəl Tehrandakı səfirliyimiziə xain hücum, İran rəsmlərininin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars- molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyildir. İran rejiminin bu mövqeyi bizi dövlətlər arası münasibətlərimizə yenidən baxmağa məcbur edir.

Görəsən İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı heç bir müsəlman dövləti ilə dostluq münasibətləri yoxdur. Yalnız işğalçı və terrorçu Ermənistandır İranın dostu”, - deyə M.Quliyev bildirib.

O qeyd edib ki, 30 il ərzində İran Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı.

“Dünən İranın 4 nəfər diplomatı casusluq fəaliyyətinə görə arzuolunmaz şəxs elan edilib. Mən hesab edirəm ki, qalan əməkdaşları da ölkəni tərk etməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır.

İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir. Göstərdikləri operativliyə və peşəkarlığa görə DTX, DİN və Respublika Prokurorluğu rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirirəm.
Bu birgə əməliyyat bir daha göstərdi ki, Azərbaycan güclü dövlətdir, asayişin mühafizəsi etibarlı əllərdədir və heç bir düşmən qüvvə ictimai sabitliyi pozmağa nail ola bilməyəcəkdir.

Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir.

Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır.
İran siyasiləri anlamalıdırlar ki, demokratik hüquqi suveren Azərbaycan dövlətini təhdid etmək fars molla rejiminin nə başı üçün deyildir.

Hər kəs bilməlidir ki, Azərbaycan güclü dövlətdir, ölkədə olduqca möhkəm və etibarlı Prezident-Xalq birliyi mövcuddur və heç bir qüvvə bizim iradəmizi sarsıda bilməz”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti