...

Əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir - Aİ səfiri

Siyasət Materials 13 Aprel 2023 19:34 (UTC +04:00)
Əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir - Aİ səfiri

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko ermənilər tərəfindən saxlanılmış Azərbaycan əsgərinə işgəncə verilməsinə münasibət bildirib.

Trend xəbər verir ki, Peter Mixalko bu barədə özünün "Twitter" hesabında paylaşım edib.

“Mən saxlanılmış azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu gördüm. Doğrudan da acınacaqlıdır. Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir”, - səfir qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.

Xəbər lenti

Xəbər lenti