...

Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin təhlükəsizlik, siyasi və iqtisadi dalğaları geniş qlobal miqyası əhatə edir - Ramil Usubov

Siyasət Materials 18 Aprel 2023 09:23 (UTC +04:00)
Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin təhlükəsizlik, siyasi və iqtisadi dalğaları geniş qlobal miqyası əhatə edir - Ramil Usubov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin təhlükəsizlik, siyasi və iqtisadi dalğaları geniş qlobal miqyası əhatə edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc edilən məqaləsində deyib.

General-polkovnik qeyd edib ki, onun nəticələri bu baxımdan bölgəmizlə yanaşı, Avrasiya məkanına da ciddi təsirlər göstərib.

"Yəni münaqişə yalnız Azərbaycana və Ermənistana, yaxud Qafqaza aid ziddiyyətlər və maraqların kəsişdiyi, bəzən də toqquşduğu məkan deyildi. Açıq deməliyik, bölgədə maraqları olan bəzi fövqəldövlətlər, hətta transmilli şirkətlər belə bu problem ətrafında öz mənfəətlərini müəyyənləşdirir, iqtisadi və siyasi qazanclarını güdürdülər. Bu baxımdan da, cənab Prezidentin qeyd etdiyi kimi, uzun onilliklər boyu bu qüvvələr danışıqlar prosesinə töhfə vermək əvəzinə, onun həllini qəsdən yubadır, süni maneələr yaradırdılar. Müzəffər Komandan bütün bu kimi məkrli oyunları da öz qətiyyəti ilə bir daha pozdu", - deyə R.Usubov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti