...

Prezident İlham Əliyev: Aİ-nin üzv ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır

Siyasət Materials 25 Aprel 2023 14:11 (UTC +04:00)
Prezident İlham Əliyev: Aİ-nin üzv ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır

Sofiya. Trend:

Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində deyib.​​​​​​​

Dövlətimizin başçısı deyib ki, bu gün Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. “Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”,- deyə Azərbaycan Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti