...

Azərbaycan tərəfinin danışıqlar prosesində yanaşması davamlıdır – Ceyhun Bayramov

Siyasət Materials 10 May 2023 12:09 (UTC +04:00)
Azərbaycan tərəfinin danışıqlar prosesində yanaşması davamlıdır – Ceyhun Bayramov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Danışıqlar prosesinin baş verməsini yüksək qiymətləndiririk. Hesab edirik ki, bəlli bir fasilədən sonra liderlər səviyyəsində görüşün keçirilməsi müsbət haldır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycan tərəfinin danışıqlar prosesində yanaşması davamlıdır.

"Azərbaycan danışıqlar prosesinin və normallaşmanın tərəfdarıdır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən qeyri-ardıcıl və ziddiyyətli yanaşmalar və fikirlər səslənir. Bilirsiniz ki, sülh danışıqlarında altı aya yaxın fasilə olub və daha sonra bu danışıqlar beynəlxalq vasitəçilərin rolu nəzərə alınmaqla bu yaxınlarda yenidən başlayıb. Hesab edirik ki, bəlli bir fasilədən sonra liderlər səviyyəsində görüşün keçirilməsi müsbət haldır", - deyə nazir bildirib.

Qeyd edək ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti