...

Qərb artıq Ərdoğanın qələbəsini "ELAN ETDİ" - Firənglərin Türkiyə planları dağıldı

Siyasət Materials 17 May 2023 14:53 (UTC +04:00)
Qərb artıq Ərdoğanın qələbəsini "ELAN ETDİ" - Firənglərin Türkiyə planları dağıldı
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Mayın 14-ü Türkiyədə gerçəkləşən Prezident və Parlament seçkiləri bütün dünyanın diqqətlə izlədiyi son dönəmlərin ən qlobal hadisələrindən biri kimi yadda qaldı. Bu seçkilərin deyildiyi kimi aktuallığının bir yox, bir neçə səbəbi var idi.

Müxalifətin prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun artıq uzun zamandır seçki vədləri Türkiyənin deyil, məhz ABŞ və Qərbin strateji maraqlarına xidmət edən bir siyasətçinin hakimiyyətə gətirilmə planlarından xəbər verirdi.

Hətta ABŞ-ın Ankaradakı səfiri Ceff Flake Türkiyə prezidenti Ərdoğandan daha əvvəl müxalifətdən prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə görüşməsi də bir daha Qərbin, ABŞ-ın Türkiyədəki Prezident və Parlament seçkilərindəki mövqeyini bir daha açıq-aşkar ortaya qoyur.

Kılıçdaroğlunun öncədən etdiyi açıqlamalar, verdiyi vədlərin bir istiqaməti var idi - Qərb meyillilik! Amma ikinci Paşinyan olmaq istəyi görünür Kılıçdaroğlu üçün qaldı gələn mövsümə. Qoca siyasətçi bir şeyi anlamadı ki, o Paşinyan ola bilər, amma Türkiyə xalqını Ermənistanla tay tutmaq naşılıq, tarixdən, proseslərdən bixəbər olmağın göstəricisidir. Parlament seçkilərini böyük üstünlüklə qazanan Rəcəb Tayyib Ərdoğan tərəfi, istisna edilmir ki, ikinci tura qalan Prezident seçkilərini yenidən bayram edən tərəf olacaq.

CHP lideri seçkidə qalib gələcəyi təqdirdə, Türkiyəni ABŞ və Qərbdən asılı vəziyyətə salmağa yönəlik daxili və xarici siyasət kursunu anons etməklə bir növ özünə Qərbdə, ABŞ-da böyük divident qazanmaq istəyində olsa da Türkiyə xalqı ağı qaradan seçməyi bacardığı üçün Kamal Kılıçdaroğluna bu ansı tanımaq fikrində deyil.

Seçici aktivliyinin 87 faizdən çox olması və ilk turda Ərdoğanın səslərin nəticəsinə görə belə gərgin seçkilərdə ən yaxın rəqibindən bir xeyli öndə olması deməyə əsas verir ki, xalq ikinci turda da haqqı nahaqqa yedirtməyə, Qərbin "maşası" olub, Türkiyəni yenidən ən azı 25-30 il geri atmağa icazə verməyəcək.

Lakin bir görürük ki, istəyinə şatmayan Qərb dairələri, okeanın o tayındakı siyasi qruplaşmalar Türkiyədəki ədalətli seçki prosesinə kölgə salmaq, Kılıçdaroğlu tərəfdarlarını ayağa qaldıraraq ölkədə etirazlar dalğası yaratmaq məqsədi ilə seçkilərin ədalətli keçirilmədiyi ilə bağlı cəfəngiyat, dezinformasiyalar, əsası olmayan məlumatlar yaymaqdadır.

Elə seçici aktivliyinin 87 faizdən çox olmasına baxmayaraq, Qərbin bəyanatlarında “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşib" sərlhvəli yazılar, məqalələr dərc etməsinin başqa məqsədi ola da bilməz. Baxmayaraq ki, seçki gününə kimi müxalifət bütün ölkə ərazisində hər gün sərbəst mitinqlər keçirdi, ancaq Qərb, ABŞ tərəfi bunu görməzlikdən gələrək yazır ki, toplaşmaq azadlığına məhdudiyyət var. Pişiyin əli ətə çatmayanda deyir iylənib.

Görünür, Qərb də artıq planlarının iyləndiyini, məqsədlərinin bu dəfə də baş tutmayacağını çox yaxşı anladıqlarından artıq prosesləri fərqli məcraya çəkmək niyyətindədir.

Hazırda bütün dünyanın diqqəti məhz Türkiyə üzərində indeksləşib desək, yanılmarıq. Amma böyük mənada artıq seçkinin taleyi həll olunub. Qərbin qarnının ağrısı da elə bundan dolayıdır. Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunun demək olar ki, Qərbin sözgedən dairələrində də formal xarakter daşıdığı qəbullanıb. ABŞ və Qərb bu səbəbdən hesabda geriyə düşən və böyükhesablı məğlubiyyətlə üzləşəcəyini artıq hiss edən uşağın bu oyunu pozmaq üçün "topunu" götürüb meydançadan qaçmasına bənzəyir.

Bu seçkilər bütün dünya üçün son illərin ən önəmli proseslərindən biridir. Çünki mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunun yekun nəticələri dünyanın gələcək taleyində, geosiyasi və qlobal proseslər nöqteyi nəzərdən olduqca önəmli təsirə malikdir.

Bütün gücünü Ərdoğan hakimiyyətinin əleyhinə yönəldən ABŞ və Avropa Birliyi arzularına çatmadıqda isə Qərb mətbuatında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə sərt materiallara, seçkilərin güya "saxtakarlığı" ilə bağlı əsası olmayan yazılarla yaralarına məlhəm olacaqlar. Lakin Türkiyə xalqı çox yaxşı anlayır ki, hazırda Türkiyənin gələcək taleyi həll edilir. O səbəbdən bu xalq öz taleyini Qərbin, Amerikanın ümidinə qoyacaq qədər sadəlövh deyil.

Çünki bu xalq çox yaxşı bilir ki, Prezident R.T.Ərdoğanın hakimiyyətə gəlişinə qədər Türkiyə nəyinki müstəqil xarici siyasət yürütmək şansından məhrum edilmişdi, eyni zamanda siyasi-ictimai və maliyyə-iqtisadi böhranlar içərisində çabalayan bir ölkə idi. Ərdoğan hakimiyyətdə olduğu 20 ilə yaxın bir müddətdə isə müdafiə qabiliyyətini artırıb, hərbi-sənaye kompleksini inkişaf etdirib, enerji resurslarına sahib olan və nüvə klubuna üzv ölkəyə çevrilən Türkiyə özünün ən qüdrətli dövrünü yaşamaq, dünyanın söz sahiblərindən birinə çevrilmək istiqamətində önəmli gedişlər edir. Bu gün anti-Türkiyə, Ərdoğan əleyhinə yazılan yazılar, edilən çıxışların arxasında bir istək yatır: Türkiyəni yenidən "böhran bataqlığı”na çəkib, orada boğmaq.

Dolayısı ilə Türkiyəni ABŞ və Qərbdən asılı vəziyyətə salacaq daxili və xarici siyasət kursunu anons etməkdən yorulmayan Kılıçdaroğlu variantınında Türkiyə düşmənlərinin işinə yaramayacağını könül rahatlığı ilə deməyə az qaldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti