...

Cevdet Yılmaz Türkiyənin yeni vitse-prezidenti təyin edilib

Siyasət Materials 3 İyun 2023 23:31 (UTC +04:00)
Cevdet Yılmaz Türkiyənin yeni vitse-prezidenti təyin edilib

Ankara. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Trend xəbər verir ki, Cevdet Yılmaz Türkiyənin yeni vitse-prezidenti təyin edilib.

Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib və səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, mayın 28-də keçirilən ikinci turda "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gələrək Türkiyənin növbəti 5 il üçün prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti