...

Ermənistan üçün beynəlxalq prinsiplər, insan haqları anlayışı yoxdur

Siyasət Materials 8 İyun 2023 14:31 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vaxtilə Azərbaycanın meşələrini yandıran, fosfor bombalarından istifadə edib meşələrimizi qıran, torpağın münbit qatını yandıran Ermənistan hələ də çirkin niyyətini davam etdirir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşması Ermənistanın bu çirkin niyyətinin davamıdır.

Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, Ermənistan yeganə dövlətdir ki, heç bir qayda-qanun tanımır. “Yəni Ermənistan üçün beynəlxalq prinsiplər, insan haqları anlayışı yoxdur. Biz bunu 30 il ərzində gördük və bizim Dəmir yumruğumuz olmasaydı ermənilər elə bu yolla gedəcəkdirlər”, - deyə komitə sədri bildirib.

O qeyd edib ki, Ermnəistan və Azərbaycan Espo Konvensiyanın üzvüdür. “Bu konvensiyanın şərtlərindən biri də ondan ibarətdir ki, ətraf mühitin qorunması üçün bütün dünya dövlətləri məsuliyyət daşıyır. Bu gün Ermənistan tərəfindən Azərbaycanla sərhəddən cəmi 800 metr məsafədə belə bir zavodun tikilməsi kimi məsələnin gündəliyə atılması yenə də Ermənistanın xislətindən əl çəkmədiklərinin göstəricisidir.

Bu gün Metsamor kimi köhnəlmiş atom elektrik stansiyasının mövcudluğu onsuzda regiona böyük təhdiddir. Metsamorda ən köhnəlmiş reaktoirlardan istifadə edirlər ki, elə burada bir fəsad törənsə bütün region üçün ciddi problem olacaq. Biz bunlara qarşı mübarizə apardığımız bir dövrdə Ermənistanın belə bir zavodu tikmək niyyəti region üçün ciddi təhdiddir.

Espo Konvensiyanın tələblərinə görə, bu zavdun tikintisi Azərbaycanla razılaşdırılmalıdır çünki bu zavod bizim ekosistemimizə təsirsiz ötüşməyəcək. Həm də orada yaxında yaşayan əhalinin rəyi alınmalıdır. İnanıram ki, o zavodun tikintisinin qarşı alınacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti