...

Xalqını birləşdirərək doğru yolla irəli aparmaq Ulu Öndərin Liderlik missiyası idi - Musa Quliyev

Siyasət Materials 14 İyun 2023 13:03 (UTC +04:00)
Xalqını birləşdirərək doğru yolla irəli aparmaq Ulu Öndərin Liderlik missiyası idi - Musa Quliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixində və taleyində yeri və rolu tarixçilər, politoloqlar, filosoflar tərəfindən uzun illər araşdırılacaq, öyrəniləcək, dəyərləndiriləcəkdir. Lakin Ulu Öndərin müasirləri olan bizlər dəqiq bilirik ki, Heydər Əliyev olmasa idi bu günkü Azərbaycan dövləti də olmayacaqdı, nəinki, müstəqil qüdrətli bir dövlət yaratmaq bizə nəsib olmayacaqdı, hətta ola bilsin ki, indiki müstəqilliyimiz və ərazimiz çərçivəsində yaşamağımız da böyük sual altında olacaqdı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyinə həsr edilmiş xüsusi iclasında deyib.

O qeyd edib ki, Heydər Əliyevin ən böyük missiyası canından əziz sevdiyi doğma xalqına müstəqil, güclü dövlət yaratmaq, bu xalqı xoşbəxt görmək missiyası idi.

“O sanki Azərbaycana xilaskar olaraq göndərilmişdi və xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq Xilaskarlıq missiyasinı ləyaqətlə yerinə yetirdi.
Heydər Əliyevin digər bir tarixi missiyası birləşdiricilik missiyası idi. Heydər Əliyev bu gün hamımızın qürur duyduğumuz müstəqil, müasir Azərbaycan dövlətinin möhkəm özüllər üzərində bünövrəsini qoydu, onun siyasi-ideoloji inkişaf konsepsiyasını yaratdı. Bütün dünya Azərbaycanlılarını müqəddəs üç rəngli bayrağımızın altında birləşdirən Azərbaycançılıq ideologiyasıni hazırladı.

Ulu öndərin növbəti missiyası Quruculuq missiyası idi. O həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində güclü Azərbaycan yarada bildi. İctimai, siyasi, iqtisadi, sosial, mədəni humanitar həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin Sözü, əməli, imzası olmasın. Heydər Əliyev həm də Azərbaycan parlamentarizminin müasir əsaslarını formalaşdırmış, parlament davranışı və mədəniyyəti ənənəsini yaratmış böyük dövlət xadimidir”, - deyə M.Quliyev bildirib.

O qeyd edib ki, Xalqını öz ətrafında birləşdirərək doğru yolla irəli aparmaq Ulu Öndərin Liderlik missiyası idi.

“Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi.

Heydər Əliyev həm də xoşbəxt siyasi liderdir ki, onun başladığı müqəddəs yolu oğlu və siyasi varisi Ali baş Komandan cənab İlham Əliyev Şuşa ucalığına qədər davam etdirdi.
Bu gün Ulu Öndərin ruhu şaddır. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur.

Ali Baş Komandan İlham Əliyev öz xalqı ilə birlikdə bu şərəfli missiyanı bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.
Qarabağın və Şərqi Zəngəzurun çiçəklənəcəyi, inkişaf edəcəyi, dünyanın turizm mərkəzlərindən birinə çevriləcəyi, Zəngəzur dəhlizinin açılacağı günlər lap yaxındadır.
Qarşıda isə daha böyük milli hədəflər dayanır. Bu yolda böyük Allah və Ulu Öndərin müqəddəs ruhu köməyimiz olsun!”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti