...

Ümid edirik ki, Azərbaycan və Ermənistan sülh sazişi əldə edəcəklər - Latviya XİN başçısı (YENİLƏNİB)

Siyasət Materials 20 İyun 2023 17:27 (UTC +04:00)
Ümid edirik ki, Azərbaycan və Ermənistan sülh sazişi əldə edəcəklər - Latviya XİN başçısı (YENİLƏNİB)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ümid edirik ki, Azərbaycan və Ermənistan sülh sazişi əldə edəcəklər.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında deyib.

"Çox ümid edirik ki, hər iki tərəf - həm Azərbaycan, həm də Ermənistan - bütün çətinliklərə baxmayaraq sülh sazişi barədə razılığa gələ biləcək. Həmçinin dialoqun və siyasi prosesin aktivləşməsini də təqdir edirəm. Ümid edirəm ki, bu konkret və müsbət nəticəyə gətirib çıxaracaq. Fikrimcə, Avropa Şurası zəruri şəraiti yaratmaqla bu prosesdə öz rolunu oynamalıdır", - o deyib.

Latviyanın xarici işlər naziri qeyd edib ki, gələcək üçün daha çox siyasi prosesə fokuslanmaq lazımdır, keçmişin problemlərinə baxmağa çalışmaq lazım deyil.

"Biz bu çox mürəkkəb, qəliz vəziyyəti məhz belə həll etmək niyyətindəyik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti