...

Ermənistana tərs SİLLƏ - Xəstə təxəyyülündən əl çəkə bilməyənlərə növbəti DƏRS

Siyasət Materials 7 İyul 2023 17:51 (UTC +04:00)
Ermənistana tərs SİLLƏ - Xəstə təxəyyülündən əl çəkə bilməyənlərə növbəti DƏRS
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Dünən Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın təqdim etdiyi sübutları və gətirdiyi arqumentlərlə tam razılaşıb, Ermənistanın vəsatətini yekdilliklə rədd edib.

Məhkəmənin qərarını Trend-ə şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, məhkəmənin qərarı yeganə mümkün olan qərar idi.

"Dünya praktikasında göstərilir ki, sərhədlərdə xüsusilə də sərhədlərin üzərində komunikasiyalar keçən və bir ölkəni digər ölkəyə birləşdirən sərhədlərdə xüsusi nəzarət mexanizmi tətbiq olunur. Nəzarət-buraxılış məntəqəqsi quraşdırılır. Belə yerlərdə sərhəd rejimi tam gücüylə fəaliyyət göstərir. Ermənistan tərəfi düşünürdü ki, növbəti dəfə həm beynəlxalq ictimaiyyəti və beynəlxalq məhkəməni müxtəlif vəkillərlə, saxta iddialarla aldada bilərlər. Ancaq, buna nail ola bilmədi. Əgər məhkəmə ayrı qərar versəydi bu presedent olardı. Və bu digər ölkələrə də şamil olunsaydı çox acınacaqlı nəticələr verə bilərdi. Bu səbəbdən də məntiqə uyğun qərar qəbul olundu. Ermənistanın “Miatsyum” xülyası xəstə təxəyyülün məhsuludur. Ermənistan hakimiyyəti və cəmiyyətini belə qərarlar ayıltmalı və reallığa köklənməyə sövq etməlidir",- deyə politoloq qeyd edib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın keçid məntəqəsinin guya "qanunsuz olması" və "bütün Azərbaycan silahlı qüvvələrinin Laçın yolundan çıxarılması" tələbi ilə bağlı Ermənistanın 12 may 2023-cü il tarixli vəsatətini rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti