Bakı. Trend:
Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, BQXK təkcə son dövrdə deyil, 1-ci Qarabağ müharibəsində də dəfələrlə öz səlahiyyətlərindən kənara çıxıb.
“BQXK bu cür qanunsuz fəaliyyətinə hətta casusluq da daxildir. BQXK-nin Xankəndidə hər hansı bir hüquq və səlahiyyəti yoxdur. Bu təşkilat Azərbaycan ərazisində Azərbaycan qanunvericiliyinə tabe olmalıdır. BQXK indiki şəraitdə atdığı bu qanunsuz addımlar konkret cinayət əməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, BQXK-ya aid nəqliyyat vasitələrində “Laçın” dövlət sərhədindən qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır.
Qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.
Geniş videomüsahibəni təqdim edirik: