Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada toplaşıb (FOTO)

Siyasət Materials 14 İyul 2023 15:29 (UTC +04:00)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

Trend xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək. Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti