...

Beynəlxalq Məhkəmə erməni lobbisinin təzyiqindən sonra "Laçın" NBM üzrə qərar barədə tviti sildi

Siyasət Materials 21 İyul 2023 17:07 (UTC +04:00)
Beynəlxalq Məhkəmə erməni lobbisinin təzyiqindən sonra "Laçın" NBM üzrə qərar barədə tviti sildi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın "Laçın" nəzarət-buraxılış məntəqəsindən (NBM) və Laçın yolundan sərhəd mühafizəçilərini geri çağırması üçün Ermənistan tərəfin iddiasını rədd etmək qərarı ilə bağlı öz Tvitter səhifəsində paylaşım edib.

Trend xəbər verir ki, görünür, Beynəlxalq Ədalət Məhkəməsi erməni lobbisinin təzyiqinə davam gətirməyib, 14 iyul tarixli paylaşım həmin vaxtdan səhifədən silinib.

Hərçənd məhkəmənin qərarı ədalətli idi, belə ki, Ermənistandan Azərbaycan ərazisindəki erməni hərbi birləşmələri üçün şəxsi heyətin, döyüş sursatlarının, mina və digər hərbi texnikanın qanunsuz daşınması qarşısını almaq məqsədilə Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın mütləq hüququdur.

Həmin vaxtdan Ermənistan var qüvvəsilə Azərbaycanla sülh danışıqlarına, həmçinin Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olmağa çalışır.

Sərhəddən əldə edilmiş kadrlarda nəzarət-buraxılış məntəqəsinin yanından humanitar yüklərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin, həmçinin Qarabağın erməni sakinlərinin keçməsi görünür ki, bu da Ermənistanın təbliğatını tamamilə təkzib edir.

Beləliklə, bu, Ermənistan tərəfinin qəsdən Azərbaycanla sülh prosesinə mane olmaq, yalan yaymağa davam etmək üçün daha bir "gediş"i idi və göründüyü qədərilə, Beynəlxalq Ədalət Məhkəməsi təəssüf ki, bunu dəstəkləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti