...

Azad olunmuş ərazilərdə sürətli quruculuq işləri Azərbaycan dövlətinin gücünü göstərir - Deputat

Siyasət Materials 22 İyul 2023 15:06 (UTC +04:00)
Azad olunmuş ərazilərdə sürətli quruculuq işləri Azərbaycan dövlətinin gücünü göstərir - Deputat
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hakimiyyəti nəyi söz verirsə, planlı şəkildə, mərhələ-mərhələ həyata keçirir. Beynəlxalq ictimaiyyət dəfələrlə bunun şahidi olub. Prezident İlham Əliyev hansı hədəf qoyursa, ona da nail olur.

Ötən gün də ənəvi olaraq Prezident İlham Əliyev azad olunmuş ərazilərimizə növbəti səfəri zamanı bir sıra vacib tədbirlərdə iştirak etdi. Xüsusilə Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması barədə cənab Prezidentə məlumat verildi. Prezident İlham Əliyev azad olunmuş ərazilərimizin bərpası məsələsinə xüsusi diqqətlə yanaşır və Azərbaycanın sürətli qruculuq modelini bütün dünyaya nümayiş etdirir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat bildirib ki, keçmiş məcburi köçkünlərin Böyük Qaydışı mərhələli şəkildə həyata keçirilir: "Azad olunmuş ərazilərdə bütün lazımi təminat işləri görülür, sosial infrastruktur qurulur, bütün bu işlər tədricən həyata keçirilir".

Rüfət Quliyev vurğulayıb ki, azad olunmuş əraizlərdə görülən işlərə başlıca maneə mina problemidir.

"Prezident İlham Əliyev bu məsələni müxtəlif tribunalardan dəfələrlə səsləndirib. Bu gün Azərbaycan minalarla çirkləndirilmiş ərazinin böyüklüyünə görə dünyada ilk 3-lükdədir. Bütün faktlar dünya ictimaiyyətinin diqqətinə də çatıdırılıb.

Bu gün minalardan təmizlənən ərazilərimizdə sürətli şəkildə bərpa işləri aparılır. Bu faktor Azərbaycan dövlətinin qüdrətini, gücünü göstərir. Bütün dünya görürür ki, Azərbaycan bütün qoyduğu məqsədlərə nail olur. Bunun üçün Azərbaycanın kifayət qədər güclü iqtisadiyyatı, hərbi gücü və siyasi iradəsi var", -deyə R.Quliyev əalvə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti