Bakı. Trend:
Beynəxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı 30 illik faəliyyətinə nəzər saldıq da, görürük ki, bir çox zamanlarda ikili standartlar tətbiq edib.
Bu barədə Trend-in suallarını cavablayarkən “Elmi Araşdırmalar” ictimai birliyinin rəhbəri Telman Qasımov deyib.
"Azərbaycan tərəfinə itkinlər, əsir və girovlarla bağlı hansısa məlumatların verilməsində axsaqlıqlar yaşadırdılar. Amma Ermənistan tərəfi nə zaman ki, itkilərlə bağlı səs-küy salır, komitə dərhal Azərbaycana müdaxilə etməyə başlayır. Lakin Azərbaycan tərəfinin məlumatlarını görməzdən gəlirlər. 90-cı illərdən sonra əsir, girov düşən mülki və hərbiçilərimizin siyahısında 75 nəfərdən cəmi 17 nəfəri tapıb Azərbaycana təhvil veriblər. Geri qalanlarla bağlı isə heç bir məlumatımız yoxdur. Çünki birmənalı şəkildə bu məsələ ilə ciddi maraqlanmırlar. BQXK-la bağlı narazılıq bir anda yaranmayıb. İllərlə yığılan problemlərdir ki, bu gün artıq vətəndaş cəmiyyətini narahat edir. Xankəndidəki BQXK nümayəndəliyi qeyri-qanuni faəliyyət göstərir. Bu nümayəndəlik birbaşa İrəvandakı ofisə tabedir. Ötən ilin dekabrında Laçın - Xankəndi yolunda baş tutan aksiyamız zamanı oradan keçən BQXK avtamobillərinin humanitar məqsədlərdən necə-sui istifadə etməsinin şahidi oldurduq. Ötən günlərdə də Laçın sərhəd keçid məntəqəsində Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, mobil telefonlar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Bu da bir daha sübut edir ki, BQXK-nin Xankədidəki nümayəndəliyi özbaşına, qeyri-qanuni faəliyyət göstərir", - deyə o əlavə edib.
T. Qasımov həmçinin bildirib ki, BQXK-nin faəliyyəti artıq aşkar olundu və bütün dünya bunu bilməlidir.
"BQXK Azərbaycan ərazisində öz üzərinə düşən vəzifələrlə yox, digər qeyri-qanuni işlərlə məşğul olub. Bu səbəbdən BQXK mərkəzi ofisinə açıq məktub ünvanlayaraq etirazımızı bildirdik. 30 il Azərbaycan torpaqlarında özbaşınalıq etdilər artıq bu olmayacaq. Lazım gələrsə, xəbərdarlıqdan sonra yenə davam etsələr, Azərbaycan sərt addımlar atmağa hazır olacaq", - deyə o qeyd edib.